İqtisadiyyat

Manatda bahalaşma 6 illik maksimuma Yüksəldi

Manatda bahalaşma 6 illik maksimuma Yüksəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manatda bahalaşma son 6 ildə Azərbaycanın əsas ticarət partnyorlarının valyutasına nisbətən ən yüksək həddə çatıb.

7times.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

R.Ağayev sözlərinə görə problem ondan ibarətdir ki, son 2 ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının orta çəkili inflyasiya səviyyəsindən yüksək olduğu üçün manatın real effektiv məzənnəsi daha üstün sürətlə bahalaşır.

“Ən azından inflyasiyanın daha aşağı səviyyəsinə nail olsaydıq, nominal bahalanmanın müəyyən hissəsi aşağı inflyasiya sayəsində daha aşağı göstərici ilə real effektiv məzənnəyə ötürülərdi”, – deyən ekspert hesab edir ki, manatın real dəyərinin bahalaşması Azərbaycanın qeyri-neft məhsullarının rəqabət qabiliyyətini daha da zəiflədir:

“Doğrudur, Azərbaycanın qeyri-neft məhsul çeşidi və ixrac potensialı onsuz da böyük deyil. Amma hazırkı məzənnə siyasəti hökumətin “qeyri-neft ixrac potensialı bizim üçün 1 nömrili prioritetdir” bəyanatlarına tamamən ziddir.

Manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalaşdığı şəraitdə inflyasiyanın da əsas ticarət partnyorlarına nisbətən yüksək olması iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir. Üstəgəl, nəzərə almaq lazımdır ki, məsələ təkcə qeyri-neft ixracatının rəqabət potensialının zəif saxlanmasında da deyil. Bu cür məzənnə şərtləri idxalı daha ucuz və sərfəli edir”.

sfera.az