Dünya

Mariya Zaxarova Paşinyana əsəbiləşdi: “Ümumi danışma, ad çək”

Mariya Zaxarova Paşinyana əsəbiləşdi: “Ümumi danışma, ad çək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanı İkinci Qarabağ müharibəsi zamanı Ermənistana “yardım imitasiyası” ilə məşğul olduğunu iddia etdiyi ölkələrin adları çəkməyə çağırıb.

7Times.az  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diplomat mayın 23-də keçirdiyi brifinqdə danışıb.

“Onları səsləndirmək tamamilə məntiqli olardı. Əgər söhbət belə ciddi bəyanatlardan gedirsə, ad çəkmək lazımdır”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya öz növbəsində Ermənistanın özünü “tərk edilmiş və unudulmuş hiss etməməsi” üçün əlindən gələni edib. Rusiya münaqişənin başlanğıcından atəşkəs üçün ən fəal siyasi və diplomatik səylər göstərib.

Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki ölkəsinin Qarabağda İrəvana qarşı hərbi əməliyyatların hazırlanmasında iştirak etdiyini bildirib. Baş nazir həmin ölkələrin Ermənistana münasibətdə yardım imitasiyasını sərgilədiyini söyləyib.

O bildirib ki, bu cür təhlükələr indi ölkənin Azərbaycanla sərhədlərinin demarkasiyası sayəsində aradan qaldırılıb.

KONKRET.az