Araşdırma

Masallıda təhsil sisteminin “TƏMİZLİYİ” – 1 məktbəbdə 25 xadimə: YE Kİ, YEYƏSƏN…

Masallıda təhsil sisteminin “TƏMİZLİYİ” – 1 məktbəbdə 25 xadimə: YE Kİ, YEYƏSƏN…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 min şagirdlik R. Əlihəsənov adına Masallı şəhər tam orta məktəbinə yeni direktor təyinatından sonra burada maraqlı mənzərələr sərgilənir. Məlumat üçün bildirək ki, bu məktəbdə 25 xadimə ştatı var imiş.

Bəziləri zarafatla məktəbin “Xadimə Korpusunu” rayonun “mini kommunxozu” da adlandırırdı. Bu xadimələrin 16-sı həqiqətən məktəbdə xadimə işləyirmiş. 9 nəfərə isə… ştatda vəzifələri xadimə olsa da, realda onlar “müəllim”, yaxud digər vəzifə sahibi kimi tanınırmış.

Yəni, 16 xadimə 3 sinif əvəzinə, 5 sinif otağını təmizləyir, 2 qat zəhmət çəkib, daha artıq saat işləyərək, “yalançı xadimələrin” də əvəzinə sinifləri, karidorları, həyat-bacanı süpürürmüşlər.

İndi işlər aşkarlanandan sonra həmin “xadimələr” deyir ki, biz pulu xadiməlik üçün verməmişik. Bəs vəzifəniz nədir? Onu da bilmirlər.

Son məlumata görə, artıq 9 “yalançı xadimə”dən 1-i öz ərizəsi ilə işindən azad edilib. Daha bir nəfər də işi ilə vidalaşmağa hazırlaşır. Mənbə bildirir ki, bu “9-ların” bir çoxu vəzifəli şəxslərin yaxınlarıdır.

Yəqin ki, yaxın günlərdə məsələyə tam aydınlıq gələcək – ya yalançı xadimliyə əlvida, ya da süpürgə.

Oxucular yəqin xatırlayar ki, biz illərdir məktəblərdə “xadimə biznesindən” yazardıq. Nədir “xadimə biznesi”? Loru desək, məktəb direktorlarının çörək ağacı. Yəni, şagirdlərin sayından asılı olaraq, təxminən məktəbdə 10 xadimə ştatı varsa, onları 4-5-i işləyir, digər xadimələrin kartları isə direktorların, ya da onların himayədarlarının cibində olurdu.

Məktəb rəhbərliyi deyilənləri əsasən təsdiq etdi. Əksəriyyət isə Şəhər 1 saylıdakı “xadimə” tamaşasının sonluğunu maraqla gözləyir. Yeni direktor arxalı xadimələrin səlahiyyətli qohumlarının təzyiqinə tab gətirə biləcəkmi? “Yalnçı xadimə”lərin siyahısı isə hər an açıqlana bilər.

7Times.az