“Starlink” peyk şəbəkəsi kütləvi kiberhücumlara məruz qalıb. Hücum edənlər rusiyalı hakerlərdir.
Bu barədə amerikalı milyarder İlon Mask özünün “Twitter” hesabında açıqlama verib.
Onun sözlərinə görə, bu hücumlar məqsədli şəkildə həyata keçirilir.
Xatırladaq ki, Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorovun xahişi ilə İlon Mask “Starlink” stansiyalarını Ukraynaya göndərib. Bu komplekslər mobil və ya stasionar əlaqə olmasa belə, istənilən şəraitdə yüksək keyfiyyətli internet əldə etmək imkanı verir.
Follow @7timesaz