Region

MDB ölkələrinin diplomatları terrorçuluq təbliğatı ilə mübarizəni müzakirə ediblər

MDB ölkələrinin diplomatları terrorçuluq təbliğatı ilə mübarizəni müzakirə ediblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB üzvü olan ölkələrin nümayəndələri Minskdə Birliyin baş qərargahında keçirilən xarici işlər nazirlikləri arası məsləhətləşmələr zamanı terrorçuluğun təbliğatına qarşı mübarizəni müzakirə ediblər.

7Times.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Məsləhətləşmə iştirakçılarının diqqət mərkəzində Əfqanıstanda terror təşkilatlarından qaynaqlanan təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və terror təbliğatına müqavimətdə Birlik ölkələri arasında qarşılıqlı fəaliyyət məsələləri olub”, – məlumatda nəql edilib.

Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Türkmənistan və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin nümayəndələrinin iştirak etdiyi iclasda terror təhdidlərinin qiymətləndirilməsi aparılıb və onların formalaşmasına yol açan əsas amillər müzakirə edilib.

“Terrorçuluqla mübarizənin aktual problemləri sırasında vətəndaşların radikallaşması, cəlb edilməsi, təxribat və terror aktlarının əlaqələndirilməsi məqsədilə internet məkanından və media resurslarından fəal istifadə qeyd olunub ki, bu da sözügedən istiqamətdə daha sıx qarşılıqlı əlaqəni, qabaqcıl əks-tədbir təcrübələrinin ümumiləşdirilməsini və təhlilini, habelə məlumatla mübarizə sahəsində səlahiyyətlərə malik dövlət orqanlarının potensialının artırılmasını tələb edir”, – MDB İcraiyyə Komitəsi bildirilib.

Eyni zamanda, qeyd olunub ki, MDB ölkələrinin XİN nümayəndələri “yeni çağırışlara və təhlükəsizlik təhdidlərinə qarşı mübarizə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə qəti sadiq olduqlarını təsdiq ediblər”.

“Bu istiqamətdə hərtərəfli birgə işin davam etdirilməsinin və müxtəlif beynəlxalq platformalarda, ilk növbədə BMT sistemi çərçivəsində birgə fəaliyyətə xüsusi diqqət yetirilməklə xüsusi xidmət orqanları ilə hüquq-mühafizə orqanları arasında praktiki qarşılıqlı fəaliyyətin siyasi-diplomatik tədbirlərlə gücləndirilməsinin zəruriliyi vurğulanıb”.

“Görüş zamanı 2025-ci ildə yeni çağırış və təhdidlərə qarşı mübarizə üzrə xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsi təcrübəsinin davam etdirilməsi barədə razılıq əldə olunub”, – məlumatda diqqətə çatdırılıb.