Dünya

Medvedev Zelenskinin aqibətini açıqladı

Medvedev Zelenskinin aqibətini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin 2008-ci ildən çıxarmalı olduğu əsas dərs Rusiya ilə müharibəyə getməməkdir.

7Times.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu barədə “Cənubi Osetiya” qəzetinə müsahibəsində danışıb.

“Baş verənlərin nəticəsi hər dəfə eyni idi: rus ruhunun və silahımızın gücünün zəfəri, işğalçıların biabırçı şəkildə qaçması. Milli məsələnin qızışdırılması da ağır nəticələrə səbəb olur. 2008-ci ildə Gürcüstan Prezidenti olmuş Mixeil Saakaşvilini nümunə göstərmək olar. O, “psixoloji cəhətdən qeyri-sabit”dir”.

Rusiya rəsmisi daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski barədə də sərt ifadələr işlədib.

“Əminəm ki, yaxın zamanda eyni dərəcədə acınacaqlı aqibət “Kiyev xuntası”nın başçısını gözləyir. O, nə öz vətəndaşlarına, nə də Qərbdəki himayədarlarına lazım olacaq. Etdiyi cinayətlərə görə beynəlxalq tribunal qarşısında, ikinci Nürnberq  qarşısında dayanacaq – əgər buna qədər yaşaya bilsə”, – Medvedev qeyd edib.