Manşet

Məğrur duruşu ilə Vətən müharibəsinin simvoluna çevrilən Vüsal Şahkərimov danışdı – VİDEO

Məğrur duruşu ilə Vətən müharibəsinin simvoluna çevrilən Vüsal Şahkərimov danışdı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmənə atəş açdıqdan sonra məğrur duruşu ilə cəmiyyətdə yeni ovqat yaradan Vüsal Şahkərimov həm ölkəmiz, həm də ailəsi üçün qürur mənbəyinə çevrilib.

7times.az xəbər verir ki, bir ildən çoxdur ki, hərbi xidmətdə olan əsgər Vüsal Şahkərimovun mərdliyini, qorxmazlığını ailəsi və komandirləri çox gözəl bilirlər.

Qorxmazlığın simvoluna çevrilən Vüsalgilin ailəsinin sevinc içərisindədir.

Vüsalın atası İslam Şahkərimov deyir ki, yayılan videodan sonra çox sevinib. O, tam əmin olub ki, Vüsalın atdığı hər mərmi dəqiqliklə hədəfi məhv etməklə milyonlarla həmyerlimizin ürəyindən tikan çıxarır.

Qeyd edək ki, çəkiliş zamanı Vüsal Şahkərimovdan qəfil zəng gəlib. Hazırda ön cəbhədə döyüşən Vüsal “Xəzər Xəbər” vasitəsilə ən böyük arzusunu da dilə gətirib.

Vüsalın düşmənin başına od ələdiyi top “artilleriyanın snayperi” də sayılır. Dəqiqlik üçün yüksək peşəkarlıq tələb edir. Atəş zamanı yaxın məsafədə durmaq özü belə bir cəsarət istəyir. Vüsal isə bu duruşu ilə “D 30” topunun simvolu oldu. Sipərin keçilməz olsun, Azərbaycan əsgəri! Sizinlə qürur duyuruq!