Son günlər hava şəraitinin dəyişməsi Xaçmaz rayonunun elektrik təchizatında ciddi problemlərin ortaya çıxmasına səbəb olub.Bu,problemin ən etik ifadə formasıdır.Həqəqi və mövcud görüntü isə olduqca acınacaqlıdır.Xaçmazın elektrik təchizatı nəyinki kəskin hava şəraitinə hətta mülayim yağmursuz meyli küləyə qarşı dayanaqsız və dözümsüzdür.Bayram günləri ərzində gün ərzində ən azı 5 dəfə elektrik təminatında uzun müddətli məhdudiyyələr yaranırdı.Rayonun dənizkənarı kənd və yaşayış massivlərində isə mənzərə daha pis idi.
Sakinlərin 7Times.az-a vediyi məlumata görə elektrik təminatında yaranan məhdudiyyətlər bəzən günlərlə davam edib.Təkcə ötən gün rayonun “zavod xətti”adlandırılan elektrik xəttində 4 dəfə məhdudiyyət yaranıb.Şəhərin bəzi ərazilərində də ortaya çıxan məhdudiyyətlər saatlarla davam edib.
Qeyd edimki bu barədə dəfələrlə həm “Azərişıq” ASC-ə həmdə rayon icra hakimiyyətinə müraciətlər olunsada mövcud problemlərin həlli istiqamətində ciddi addımlar atılmıyıb.
Follow @7timesaz