Ölkə

Məktəblərdə şənlik keçirilməsinə niyə icazə verilmir? – AÇIQLAMA

Məktəblərdə şənlik keçirilməsinə niyə icazə verilmir? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə bayram şənliklərinin keçirilməsinə icazə verilmir. Bəzi valideynlər buna etiraz edərək, siniflər üzrə şənliklərin keçirilməsinə icazə verilməsini istəyirlər. Bildirilir ki, anım günlərində olduğu kimi, bayramda da tədbirlər təşkil olunmalıdır. 

Mövzu ilə bağlı 7Times.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, hansısa uşağın maliyyə məsələsinə görə əylənə bilməməsi, sinif yoldaşlarının yanında olmaması doğru yanaşma deyil.

O fikirlərini belə əsaslandırıb: “Bilirik ki, məktəblərdə bayramlar ərəfəsində pul yığılması, maliyyə məsələsi problemlidir. Bir çox valideynlərin buna maddi imkanı yol vermir. Şənliklərin keçirilməsi məktəblərdə qadağan olunsa da, valideynlər bunu kənarda qeyd edirlər. Düşünürəm ki, uşaqlar üçün bayramlar qeyd olunmalıdır. Amma elə formada təşkil olunmalıdır ki, hər bir uşaq qeyd edə bilsin. Valideynlər yığılıb gedirlər məktəbə, bu, artıq valideynlər arasında bayram olur”.

“Düzdür, təhsil əyləncə deyil, amma təhsildə müəyyən əyləncə də olmalıdır. Məktəbdə uşaqlar arasında bayram məhdud şəkildə qeyd oluna bilər. Uşaqlar o sevincli, fərqli günləri də yaşamalıdır. Əgər bərabər imkanlar olarsa, bu günləri qeyd etmək daha asan olar. Bu məsələni məktəb icması həll edə bilər, amma məktəbin də öhdəliyinə buraxanda sui-istifadə halları çox olur. Məhz bu səbəbdən məktəbdə şənliklərin keçirilməsinə icazə verilmir”, – deyə İctimai Şura sədri vurğulayıb.