Gündəm

Melikset Poqosyan: Azərbaycan əsgərləri bizə göz açmağa imkan vermirlər

Melikset Poqosyan: Azərbaycan əsgərləri bizə göz açmağa imkan vermirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Sunik vilayətinin qubernatoru Melikset Poqosyan News.am nəşrinə bildirib ki, azərbaycanlılar Gorus-Qafan yolunda polis məntəqələri qurub.

7Times.az xəbər verir ki, bu barədə Sputnik-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan sərhədçiləri bu sahəyə nəzarət edir. Poqosyan bildirir ki, dayaq məntəqəsi əvvəldən orada olub. Qubernator bildirib ki, bu təhlükəli deyil, çünki ərazi Rusiya sərhədçilərinin  nəzarəti altındadır.

O qeyd edib ki, son bir ay ərzində Azərbaycan hərbçiləri və güc strukturları bölgədə göz açmağa imkan vermir.Yüklərin daşınmasında, xüsusi ilə İrandan gələn yüklərin daşınmasında gecikmələr və problemlər üzə çıxıb.Qubernatorun fikrincə bu çox davam etsə, belə addımlar Ermənistan iqtisadiyyatına və bölgədəki əhalinin sosial həyatına pis təsir göstərəcək.