İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 7,034 milyard dollar təşkil edib.

7times.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,1 faiz və ya 8,8 milyon dollar azalıb.

Qeyd olunur ki, valyuta ehtiyatlarının artımı Azərbaycana Beynəlxalq Valyuta Fondu tərəfindən SDR (xüsusi borcalma hüququ) verilməsi ilə əlaqədardır.