Cəmiyyət

Məscidlərdə ibadət necə təşkil olunacaq?

Məscidlərdə ibadət necə təşkil olunacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial məsafə saxlamaq, maska taxmaq və digər gigiyenik qaydalara əməl etmək şərtilə ibadət yerləri iyunun 10-dan etibarən fəaliyyətə başlayacaq. Artıq bununla bağlı məscidlərdə təmizlik işlərinə start verilib”.

Bunu 7times.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli deyib. O, Operativ Qərargahın bugünkü brifinqdə ibadət yerlərinin açılması ilə bağlı son qərarını alqışladığını bildirib:

“Bu çox sevindirici haldır ki, bir ildən artıq müddətə bağlı olan ibadət yerləri açıldı. Hər bir inanclı insan bunu gözləyirdi. Bu, bir daha dualarımızın Allah tərəfindən qəbul olunmasıdır. Məscidlərimiz insanların duaları, nəfəsi üçün darıxmışdı. Artıq ibadət yerlərində ölkəmiz, xalqımız üçün dualar edəcəyik. Allah-təala dövlətimzi çiçəkləndirsin, dövlətimizi qorusun”.

Hacı Surxay Məmmədli, həmçinin qeyd edib ki, məscidlərdə ibadət edənlər arasında 1 metr ara məsafəsi saxlanılacaq: “Gigiyenik qaydalara əməl olunma şərti ilə ibadət yerləri açılacaq, ara məsafəsi saxlanılacaq, maskadan istifadə olunacaq. İçərişəhər Cümə Məscidində 400 insan ibadət edib namaz qılırdısa, indi 100-ə yaxın insan ara məsafəni 1 metr saxlamaqla dini ayinləri yerinə yetirəcəklər”.