Ölkə

Məşğulluq Agentliyi ilə vətəndaş arasında daha bir harmonik OLAY:  ”Hanı bunun dişləri?”

Məşğulluq Agentliyi ilə vətəndaş arasında daha bir harmonik OLAY:  ”Hanı bunun dişləri?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayon Çərəkə kənd sakini Əhmədov Şakir Əlisahib oğlu 2 il bundan əvvəl DMA-nə (Dövlət Məşğulluq Agentliyi)müraciət edərək heyvandarlıq fəaliyyəti üçün iri buynuzlu mal-qara növbəsinə yazılıb.

7Times.az xəbər verir ki, DMA-i tərəfindən ona özünüməşğulluq proqramı çərçivəsində 3 baş iri buynuzlu heyvan verilib.Amma bir müddət sonra verilən heyvanların xəstə olduğu üzə çıxıb.Şakir Əhmədov məsələ barəsində rayon baytarlıq idarəsinə müraciət edib.Qrumdan gələn həkim briqadası DMA-I tərəfindən verilən üç  heyvandan ikisinin xəstə olduğunu və onların tezliklə tələf olacağını bildirib.Bir müddət sonra heyvanların ikisi tələf olub.

  • Hal-hazırda həmin heyvanların biri mənim həyətimdədir.Yaşlı,dişsiz və yararsız bu heyvan nə bala verir nə də süd.Nə sata bilirəm nə də ata bilirəm.Sosial durumum ağırdı,işləmək istəyirəm.Amma iş üçün hara müraciət etsəm mənə DMA-nin ikisi ölən biri isə yararsız olan bu 3 heyvanı “aktiv”kimi səbəb göstərib işə qəbul etmirlər.Yağışdan çıxıb yağmura düşdüm.Mən bu heyvanları niyə almışdım bəs?

Vətəndaş Şakir Əhmədov DMA-dən ona verilən aktivlərin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini istəyir.

DMA-İ məsələ ilə əlaqədar olaraq 7Times.az-ın ünvanladığı sorğuya cavab olaraq bildirib ki,Əhmədov Şakir Əlisaab oğlunun müraciəti ilə bağlı bildiririk ki, vətəndaş öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və 14.08.2021-ci ildə “Maldarlıq təsərrüfatı” zərfi üzrə aktivlərlə təmin olunub.16.02.2022-ci il tarixdə onun təsərrüfatına monitorinq keçirilib və monitorinqin nəticəsi müsbət olub. Heyvanların tələf olması ilə bağlı Ş.Əhmədovun Məşğulluq filialına heç bir müraciəti olmayıb. Əlavə olaraq qeyd edək ki, Əhmədov Şakir Əlsaab oğlunun övladı Əhmədov Əli Şakir oğlunun və gəlini Babayeva Zeynəb Elşad qızının da məşğulluğuna dəstək göstərilib. Əli Əhmədov 26.01.2023-cü il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən Göyçay Sanitar Təmizlik İdarəsində, Zeynəb Babayeva isə sosial işçi vəzifəsində işlə təmin edilib.

Nərgiz

7Times.az