Maraqlı

Məşhur həkimdən əti düzgün bişirmənin əsas QAYDALARI

Məşhur həkimdən əti düzgün bişirmənin əsas QAYDALARIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Verdiyi açıqlamalar və tövsiyələrlə gündəmdən düşməyən uzman kardioloq, həkim professor Canan Karatay Qurban Bayramında “Əti necə düzgün bişirmək olar?” sualını cavablandırıb.

Aznews.az Türkiyə mətbuatına istinadla Karatayın ət bişirmə tövsiyələrini təqdim edir.

Tanınmış həkim Canan Karatay sağlamlıq baxımından əti közləmə bişirməyi tövsiyə edir. Həm vitaminli, həm də yumşaq bir ət yeməyi istəyisinizsə, Karatayın açıqlamalarına diqqət edin.

Həkimə görə, ət qril hazırlanırsa, əvvəlcə güclü, sonra isə yavaş odda bişirilməlidir. Beləliklə, qabıq təbəqəsini “hazırlayan” ətin qiymətli suyu içərisində qalır və kənara çıxmır. Qril aşağı istilik dərəcəsində bişməlidir.

Ət soyuducudan çıxarıldıqdan sonra bir müddət saxlanılmalı və manqalda bişirildikdən sonra ona duz səpilməlidir.

Tava kabablarında darçın və ya mixək istifadə edilə bilər. Qara istiot istənilən ətə yaxşı dad verir.

Saxsı qablarda ət az yağ əlavə edilərək vam odda heç bir su əlavə olunmadan, buraxdığı su çəkilənə qədər bişirilir. Ətin rəngi tündləşməməlidir.

Ət əgər tək bişirilirsə ona çox az isti su əlavə edilməlidir. Duzunu isə öncədən atmaq olmaz, çünkü duz onu sərtləşdirəcək.

Proteini artırmaq üçün ətə müxtəlif tərəvəzlər (kərəviz, kök, soğan, sarımsaq və.s.) əlavə edə bilərsiniz.

Ətlər sobada tərəvəzlə birgə bişirilərsə həm yumşaq olar, həm də vitaminlərini itirməz.