HBO şirkəti məşhur “Taxt oyunları” serialının davamını çəkməyə hazırlaşır.
Kult.az xəbər verir ki, bu barədə “Hollivud Reporter” məlumat yayıb.
Məlumata görə, serialda əsas qəhrəman britaniyalı aktyor Kit Harinqtonun oynadığı Con Snou obrazı olacaq.
HBO-nun hazırda “Taxt oyunları” silsiləsində yeddi layihə, o cümlədən artıq çəkilmiş və avqustun 21-də nümayişi planlaşdırılan “Əjdaha evi” də var.
Qeyd edək ki, Con Snou roluna görə Kit Harinqton “Dramatik serialda ən yaxşı kişi rolu” və “Dramatik serialda ikinci planda ən yaxşı kişi rolu” üzrə iki dəfə “Emmi” mükafatına layiq görülüb.
Follow @7timesaz