Ölkə

“Meydan TV məni söydürür, Mehman Hüseynov isə…” – Razi Nurullayevdən AÇIQLAMA

“Meydan TV məni söydürür, Mehman Hüseynov isə…” – Razi Nurullayevdən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mehman Hüseynov istədiyi sualı verib istədiyi cavabı alır. Bununla da millət vəkili onun toruna düşür”.

Bu fikirləri Sfera.az-a videomüsahibə zamanı deputat Razi Nurullayev deyib. Millət vəkili blogger Mehman Hüseynovla hər hansı ciddi məsələni müzakirə etməyin doğru olmadığını bildirib:

“O bunu məzə üçün edir, lağlağı üçün edir. Elə bir adama müsahibə verib, ciddi məsələləri onunla danışmağın özü qeyri ciddilikdir. O mənə yaxınlaşsaydı, mənə verdiyi suala uyğun cavab alardı, məni tora sala bilməzdi. Mən onun məntiqindən daha tutarlı məntiqə, biliyə sahibəm. Mehman dediyiniz şəxs mənim tərəf müqabilim ola bilməz. Kürəyinə taxta alıb deyir ki, millət vəkillərinə paz gətirib. O başqa ölkədə olsaydı, onu 10-15 günlük inzibati həbsə atardılar. Amma Azərbaycan cəmiyyəti, millət vəkilləri ona baş qoşmur. Ona adekvat baxmır, dəli kimi görür “.

Deputat Meydan TV-yə də müsahibə verməyəcəyini deyib. Parlamentari sözügedən televiziyanı “Şeytan TV” adlandırıb:

“Meydan TV çox peşəkar fəaliyyət göstərmək qabiliyyətinə malik media orqanıdır. Amma onlar peşəkar jurnalist etikası ortaya qoymadan dedi-qodu və s. paylaşırlar. Mənim də demədiyim fikirləri adımdan paylaşıb hədəfə gətirirlər, söydürürlər”.