Ölkə

Mikayıl Cabbarov: “Mədən vergisi daxilolmaları 2 dəfə artıb”

Mikayıl Cabbarov: “Mədən vergisi daxilolmaları 2 dəfə artıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədən vergisi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə dəfə çox olub.

7Times.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tvitter”də yazıb.

Bundan başqa, onun sözlərinə görə, son 1 ildə daxilolmalar mənfəət vergisi üzrə 48,2 %, əlavə dəyər vergisi üzrə 27,8 %, əmlak vergisi üzrə 24,6%, fiziki şəxslərin gəlir vergisi üzrə 22,4 %, yol vergisi üzrə 15,8 %, aksiz vergisi üzrə 15,3 %, torpaq vergisi üzvə 11,5 %, sadələşdirilmiş vergi üzrə isə 10,1 % artıb.

Xatırladaq ki, 9 ay ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 64,5% çoxdur. Daxilolmaların 6 milyard 222 milyon manat qeyri-neft sektorunun payına düşüb ki, bu da illik müqayisədə 32,2 % çoxdur.