Ölkə

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi – SİYAHI

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə qərar layihəsinə baxılıb.

7times.az-ın xəbərinə görə, spiker Sahibə Qafarova bildirib ki,  Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatıb:

“Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini formalaşdırımalıdır. Artıq çoxluq təşkil edən partiyanın, bitərəflərin, azlıq təşkil edən partiyaların nümayəndələrinin siyahısı razılaşdırılıb”.

Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Hümbətov Sürəddin (ehtiyat üzv).

Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri aşağıdakılardır.

Arifə Muxtarova

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Nailə Əsgərova

Aydın Muradov.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı.

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi – Tofiq Həsənov

Niyaməddin Orduxanlı (ehtiyat üzv).

İclasda namizədlərin siyahısı səsə qoyularaq qəbul edilib.