Deputat Kamran Bayramov sənədsiz evlərə əmlak amnistiyasının tətbiq edilməsini təklif edib.
“7times” xəbər verir ki, K. Bayramov parlamentdə çıxışında qeyd edib ki, bu, bir çox problemlərin həllinə səbəb olacaq: “Belə ki, bu, həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm də ölkənin daşınmaz əmlak bazarını canlandıracaq. Eyni zamanda, bələdiyyələrin yığdığı fiziki şəxslərin torpaq və əmlak vergiləri üzrə vergitutma bazasını genişləndirəcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək. Eyni ləngimə bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi prosesində də yaşanır.
Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi işinin tezliklə başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını xahiş edirəm”.//SAVAŞ
Follow @7timesaz