Ölkə

Misir Mərdanovdan etiraf: “Mənə imkan vermirdilər, birdən eşidirdim ki, filan icra başçısı…”

Misir Mərdanovdan etiraf: “Mənə imkan vermirdilər, birdən eşidirdim ki, filan icra başçısı…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser və aparıcı Samir Xəttabın “Birincilər” verilişinin qonağı Riyaziyyat-Mexanika institununun direktoru, sabiq təhsil naziri Misir Mərdanov olub.

Misir Mərdanov nazir olduğu dövrdə bəzi qərarların ondan xəbərsiz verildiyini bildirib: “Mən bacardığımı imkan daxilində etmişəm. Elə şeylər olub ki, imkan verməyiblər etməyə. Mən nazir olduğum 15 ilin sonuncu illərində Azərbaycan Prezidentinin yanında Təhsil Komissiyası yaratdılar. Əsas məsələni onlar edirdi, ancaq cavabdehlik məndə deyildi. Onlar məndən asılı olmayaraq qərar qəbul edirdilər”.

Misir Mərdanov deyib ki, direktorlar ondan xəbərsiz təyin olunublar:

“Misal üçün, bu gün bütün məktəblərə direktorunu nazir təyin edir, müəllimləri nazir işə götürür. Mənim 15 illik fəaliyyətim dönəmimdə bu işlərin heç birinə mən baxa bilmirdim. Mən oturduğum yerdə birdən eşidirdim ki, filan icra başçısı direktor təyin edib. Bunu da edən həmin o Təhsil Komissiyası idi. Halbuki qanunda yazılmışdı ki, yerli icra hakimiyyəti orqanları təhsilin idarə olunmasına müdaxilə edə bilməz. Bu olsa da, yuxarıda oturanlara elə eləmişdilər ki, onlar həll edirdilər. Ancaq heç kəs də onlardan soruşmurdu ki, təhsilin vəziyyəti niyə belədir. Cavab verən mən, qərar verən onlar idi.

Mən hər zaman deyirdim ki, dünya olimpiadalarına gedib yer tutan uşaqlar müvafiq ixtisaslar üzrə ali məktəbə imtahansız qəbul olsun. Komissiya bu fikrimi heç yaxına da qoymadı. Halbuki elə adam Azərbaycanda 10 nəfər ola bilər, onlar da bu 10 nəfərə imkan vermirdilər ki, olimpiada nəticəsinə görə imtahansız ali məktəbə qəbul olsunlar. 10 ildən sonra bu qanun qüvvəyə mindi. Belə hallar çox olub və buna görə təəssüf hissi keçirirəm”.