Maraqlı

“Mona Liza”ya tortlu hücum – FOTO

“Mona Liza”ya tortlu hücum – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Luvr muzeyində nümayiş etdirilən Mona Liza tablosuna hücum edilib.

 

7Times.az bildirir ki, sosial mediada paylaşılan hadisənin səbəbi eşidənləri təəccübləndirib. Belə ki,  “parik” və əlil arabası ilə yaşlı qadın formasında muzeyə daxil olan şəxs şüşə çərçivədə saxlanılan tabloya tort atıb.

 

Şahidlərin özlərinə görə, tabloya yaxınlaşan adam, qəfildən əlil arabasından qalxaraq hücumu həyata keçirib. Mühafizəçilər sözügedən şəxsi zaldan çıxararkən, digər ziyarətçilər rəsm əsərinin fotoşəkilini çəkmək üçün bir-biri ilə yarışa giriblər.

 

Luvr rəsmiləri hadisə ilə bağlı şərh verməkdən imtina etsələr də, hücumla bağlı təhqiqatın başlanıb-başlanılmadığı hələlik bəlli deyil.

 

 

Leonardo da Vinçinin 1503-1519-cu illər arasında ərsəyə gətirdiyi  “Mona Liza” şüşə baryer sayəsində zədələnməyib. İddiaya görə, hücum iqlim dəyişikliyinə diqqət çəkmək üçün edilib. Bildirilib ki, sözügedən şəxs zaldan çıxarılarkən “Planeti məhv etməyə çalışanlar var. Yeri düşünün!” deyə qışqırıb.