Dünya

Moskva bu il Astana ilə AES layihəsini rəsmiləşdirməyə ümid edir

Moskva bu il Astana ilə AES layihəsini rəsmiləşdirməyə ümid edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bu il Qazaxıstanın ilk – Balxaş Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı müqavilələri tam şəkildə rəsmiləşdirməyi, o cümlədən ixrac kreditinin verilməsini gözləyir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin mediaya məlumat verib.

“AES-nin tikintisi və dövlət ixrac kreditinin verilməsi ilə bağlı hökumətlərarası sazişlər artıq tamamlanma mərhələsindədir. Layihənin 2026-cı ildə tam hüquqi cəhətdən başa çatacağını gözləyirik”, – deyə diplomat bildirib.

Xatırladaq ki, 2025-ci ildə Qazaxıstan hakimiyyəti “Rosatom”un ölkənin ilk AES-in tikintisi üzrə konsorsiumun lideri olacağını elan edib. Stansiyanın Almatı vilayətindəki Ulken kəndində, Balxaş gölünün yaxınlığında yerləşməsi planlaşdırılır və stansiyaya məhz bu kəndin adı verilib.