Aktual

Moskvada müharibəyə etiraz edən uşaqlar saxlanılıb – FOTOLAR

Moskvada müharibəyə etiraz edən uşaqlar saxlanılıb – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada Ukraynadakı müharibəyə etiraz edən uşaqlar (7-11 yaş arası) polis tərəfindən saxlanılıb.
Yeniavaz.com
 “UNIAN”a istinadən xəbər verir ki, yayılan fotolarda şöbədə üç uşaq və iki ana var.
Bildirilir ki, uşaqların martın 1-də Ukrayna səfirliyinin yaxınlığında saxlanıldığı məlum olub.
Uşaqların əlində “müharibəyə yox” yazısı olan əllə çəkilmiş plakatlar olub.
“Valideynlərin telefonları polis tərəfindən götürülüb, artıq əlaqə yoxdur, onlar valideynlərin üstünə qışqırır, onları valideynlik hüquqlarından məhrum etməklə hədələyirlər”, – şahidlər deyib.