Dünya

Moskvada Xameneinin ölümünü bayram edənlər həbs olunub

Moskvada Xameneinin ölümünü bayram edənlər həbs olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva polisi paytaxtın Salaryevo metro stansiyası yaxınlığında ABŞ-İsrail hərbi əməliyyatı zamanı İranın Ali Lideri Əli Xameneinin qətlini qeyd edən İran vətəndaşlarının toplantısını dağıdıb.

“7Times.az” xəbər verir ki, bu barədə “Ostorojno Novosti” kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, hadisəni “bayram etməyə” toplaşan onlarla şəxs saxlanılıb. Polisin məlumatına görə, onlar zabitlərin dağılışmaq çağırışlarına məhəl qoymadan “Təşəkkür edirik, Amerika Birləşmiş Ştatları” şüarları səsləndiriblər.

İranlılar Moskva hökumətinin razılığı olmadan mitinqdə iştirak etməkdə ittiham olunublar (İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 5-ci hissəsi). Məhkəmə saxlanılanların əksəriyyətini cərimələyib. Təşkilatçılar isə 10 sutkalıq həbsə məhkum ediliblər. Qeyd olunur ki, əsas təşkilatçı insanları “İnstaqram” vasitəsilə toplanışa dəvət edən bir diş həkimi olub.

“Bu, sevinc bayramıdır və siyasi plakatlar və ya bu kimi şeylər gətirməməlisiniz”, -deyə iranlı həkim aksiya iştirakçılarına müraciət edib. Saxlanıların sayının 50-yə yaxın olduğu bildirilir.

AzPolitika