Ölkə

Müalicəsinə 55 min pul yığılan uşaq YOLDA ÖLDÜ – VİDEO

Müalicəsinə 55 min pul yığılan uşaq YOLDA ÖLDÜ – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Aminimiz də var idi. Bu gün Amini itirdik”.

7Times.az xəbər verir ki, bu barədə məlumatı “Səni Axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayətqızı verib.

Aparıcı canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Aminin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.

 

“Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik”.

Xatırladaq ki, X.Hidayətqızı  “Səni axtarıram”ın daha əvvəlki buraxlışlarında Amilin ailəsinin maddi imkanlarının olmadığını və təcili şəkildə körpəni Türkiyəyə müalicəyə göndərilməsi üçün xalqa müraciət etmişdi.

Qısa zamanda 55 min dollar pul toplanılmış və Amin ailəsi ilə birlikdə Türkiyəyə yola salınmışdı.