Braziliyalı Atos Salome son zamanlar “müasir Nostradamus” kimi diqqətləri üzərinə çəkib.
Gundem.az xəbər verir ki, daha əvvəl COVID-19 pandemiyasını, Kraliça II Elizabetin ölümünü və hətta Elon Maskın Tvitteri satın almaq cəhdini proqnozlaşdıran Salome, 3-cü Dünya Müharibəsinin artıq başladığını bildirib. Salomenin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə artıq 3-cü dünya müharibəsi başlayıb.
Fırıldaqçı olması ilə bağlı iddialara cavab verən Salome görücü olmadığını deyib. “Elm mənim qabiliyyətlərimin real olduğunu sübut edir. Mən bir neçə ay əvvəl müxtəlif analizlərdən keçdim”, – Salome bildirib. O, həm də mümkün olmayan və qısa müddətdə baş verən hadisələrin şahidi olduğunu iddia edir. Salome 28 mart 2021-ci ildə, 2022-ci ilin iyulunda Kolumbiyada 6 nəfərin öldüyü öküz döyüşü fəlakəti haqqında da əvvəlcədən məlumat vermişdi. Bundan əlavə, onun iddialarına görə, İlon Maskın işə saldığı robotlar zamanla bəşəriyyəti ələ keçirəcək.
Follow @7timesaz