Cəmiyyət

Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 4-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu prosesinə başlanılır. 

Təhsil Nazirliyindən 7times.az-a verilən məlumata görə, sənəd qəbulu 4-11 iyun tarixlərini əhatə edəcək.

Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir. Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.