Biləsuvar rayonunda daha bir məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
7times.az xəbər verir ki, rayonun Bəydili kənd orta məktəbinin altı müəllimindən götürülmüş koronavirus testinin cavabının pozitiv çıxıb.
Buna görə bu təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb və distant təhsilə keçirilib.
Qeyd edək ki, sözügedən rayonun başqa bir məktəbində də koronavirus səbəbindən distant tədris tətbiq olunur.
Follow @7timesaz