Cəmiyyət

Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı

Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən 7times.az-a bildirilib ki, dekabrın 14-dən 24-dək keçirilən müsahibələrdə ümumilikdə 2 min 197 nəfər iştirak edib. Onlardan 2 min 61 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib. Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.