Cəmiyyət

Müəllimlərin vaksinasiyası ilə bağlı AÇIQLAMA

Müəllimlərin vaksinasiyası ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin vaksinasiyası ilə bağlı məsələyə aydınlıq gətirib.

7times.az-ın xəbərinə görə, o bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:

“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır”.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, müəllimlərin peyvənd olunmasında heç bir məcburetmə halı olmayacaq.