Cəmiyyət

Mühacir jurnalist Bakıya qayıtdı

Mühacir jurnalist Bakıya qayıtdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 ildən sonra artıq doğma vətəndəyəm! Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesimdə vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq, hər bir dövlət məmuruna və bu işdə rol alan kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm.

7times.az xəbər verir ki, bunu uzun müddət Fransada mühacir həyatı yaşayan Elnur Məcidli Vətənə qayıtdıqdan sonra özünün Feysbuk profilində qeyd edib.

O bildirib ki, Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi:

“Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır. Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür”.

Elnur Məcidli qeyd edib ki, parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir:

“Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər. Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın”.