Aktual

Müharibə Putinin ailəsini “vurdu” – Böyük qızının ailəsi dağılır, kiçik qızının evinə basqın olub

Müharibə Putinin ailəsini “vurdu” – Böyük qızının ailəsi dağılır, kiçik qızının evinə basqın olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda prezident Putin şəxsi problemlə də üzləşib. Rusiya prezidentinin böyük qızı Mariya Vorontsova həyat yoldaşı, hollandiyalı biznesmen Jorrit Faassendən ayrılmaq qərarı verib.

Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə milyonlarla insanın ümid və gələcəyinə təsir edib. Belə insanlardan biri də müharibə qərarını verən prezident Putinin qızı Mariya Vorontsovadır.

İngilis mediası yazır ki, 36 yaşlı Mariya Sankt-Peterburq şəhərində ölkə xaricindən gələn xəstələr üçün tibb mərkəzi açmaq niyyətində olsa da, bu planını təxirə salıb. Uşaqlarda nadir genetik xəstəliklər üzrə mütəxəssis olan Mariya, xüsusilə Yaxın Şərqdən gələn zənginləri öz tərəfinə çəkmək istəsə də, atasının başladığı müharibə buna mane olub.

Rusiyadan qaçan araşdırmaçı jurnalist Sergey Kanev də Vorontsovanın holland sahibkar Jorrit Faassen ilə ayrılmasının təfərrüatlarını paylaşıb.

“Putin böyük qızına pislik etdi, çünki onun Ukrayna ilə müharibəyə getməsi Qərbin sanksiyalarına səbəb oldu. Qızının meqa layihəsi sayəsində Avropa və Körfəz ölkələrindən zəngin insanları və şeyxləri bölgəyə cəlb etmək planı var idi. Amma indi müharibəyə görə heç kim gəlməyəcək”,- Kanev bildirib.

“Insider” media platformasını idarə edən Roman Dobroxotov da Vorontsovanın Faassendən ayrıldığını bildirib. Ayrılığın müharibədən əvvəl olduğunu iddia edən Dobroxotov qeyd edib ki, cütlüyün uşaqları var və Putin ailə məsələsi barədə izahat verməsə də, babadır.

Məlumata görə, Faassen uzun müddət Rusiyada “Qazprombank-İnvest” və “Stroytransqaz” şirkətlərində çalışıb.

Mariyanın nənə soyadından istifadə etdiyi bildirilir. O, Rusiya Səhiyyə Nazirliyi yanında Milli Endokrinologiya Tibbi Tədqiqat Mərkəzində işləyir.

Qeyd edək ki, müharibə Putinin digər qızının da şəxsi həyatına təsir edib. Rusiyanın Ukraynaya müdaxiləsi davam edərkən, müharibə əleyhdarları Vladimir Putinin 35 yaşlı qızı Katerina Tixonovanın Fransadakı evinə basqın edərək Ukrayna bayrağını qaldırıblar.

Vladimir Putinin övladı olduğu iddia edilən Luiza Krivonoqix Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kəskin tənqidlərə məruz qaldıqdan sonra İnstaqram hesabını silib.(reytinq.az)