Aktual

Müharibə Rusiyada məhsul istehsalını azaldacaq – DÜNYA BANKININ PROQNOZU

Müharibə Rusiyada məhsul istehsalını azaldacaq – DÜNYA BANKININ PROQNOZUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı müharibə və sanksiyalar səbəbindən Rusiya və Ukrayna iqtisadiyyatlarının 2022-ci ildə xeyli kiçildəcəyini proqnozlaşdırır.

Sfera.az xəbər verir ki, proqnoza əsasən daha böyük daralma Ukrayna iqtisadiyyatında olacaq. Bu il Ukrayna iqtisadiyyatının real dəyərinin 45 faiz kiçiləcəyi təxmin edilir. Rusiya iqtisadiyyatında isə kiçilmənin 11 faiz təşkil edəcəyi proqnozlaşdırılıb.

Dünya Bankı Ukrayna iqtisadiyyatının daha çox kiçilməsini ölkənin şərq hissəsinin işğal edilməsi və burada sənaye müəssisələrinin, xidmət sektorunun fəaliyyətinin dayanması, həmçinin kənd təsərrüfatı istehsalının zəifləməsi ilə əlaqələndirib.

Rusiyaya dəyən zərər isə əsasən sanksiyalarla bağlı olacaq. Gözlənilir ki, sanksiyalar Rusiyadan ixracın azalmasına səbəb olacaq ki, bu da ölkədə məhsul istehsalını azaldacaq. Digər tərəfdən xarici və daxili məhdudiyyətlər səbəbindən Rusiyada xidmət sektorunun işinin azalacağı da güman edilir.