Münasibətin əvvəlində həddindən artıq yaxşı davrananların nəzərinə! Sevgi bombardmanı təhlükəsi…
Maraqlı
Münasibətin əvvəlində həddindən artıq yaxşı davrananların nəzərinə! Sevgi bombardmanı təhlükəsi…
Möhtəşəm jestlər, hədsiz komplimentlər və bahalı hədiyyələr qarşısında həyatınızın sevgisini tapdığınızı düşünürsünüz? Ehtiyatlı olun, “sevgi bombardmanı”nın təsiri altında ola bilərsiniz. Münasibətin başlanğıcında meydana gələn bu vəziyyət, partnyorunuzun sizə psixoloji təzyiq göstərməyə çalışdığına işarə ola bilər.
Ekspertlərin fikrincə hazırlanmış planlar, dəbdəbəli restoranlar və həddindən artıq dozada romantikanın arxasındakı gizli təhlükələri ortaya qoydu…
Münasibətinizin ilk günlərində partnyorunuzun parlaq, bahalı və aşırı jestləri “romantik” adlandırılsa da, bu, şəxsiyyət pozğunluğunun əlaməti ola bilər. Müasir münasibətlərdə ən məkrli və təhlükəli manipulyasiya növü olaraq göstərilən Love Bombing-in psixoloji və sosial təsirləri üzərində araşdırmalar aparılır. Xüsusilə də, ekspertlər partnyorunu möhtəşəm jestlər və bahalı hədiyyələrlə məftun etməyə çalışan insanların bu davranışlarının qarşıdakı insanı özündən asılı hiss etdirməyə və psixoloji təzyiq göstərməyə çalışdıqlarının əlaməti ola biləcəyini irəli sürərək, atılacaq addımları sadalayıblar.
Bir növ obsesif münasibətlərə baxış kimi də görülə bilən sevgi bombardmanı olduqca məsum bir şəkildə başlayır. Hər şeydən əvvəl, hazırlanmış tətil planları, daimi birlikdə olmaq arzusu, bahalı hədiyyələr, dəbdəbəli restoranlarda şam yeməyi və həddindən artıq romantika sevgi bombardmanının əlamətləri kimi qəbul edilə bilər.