Cəmiyyət

Musa Yaqubun məzar daşını Mehriban xanım hazırlatdırır

Musa Yaqubun məzar daşını Mehriban xanım hazırlatdırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

7times.az xəbər verir ki, bunu Report-a açıqılamasında xalq şairinin qızı Yaqut Yaqubova bildirib.

Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib:

“Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb”.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.