Ölkə

Müsadirə edilmiş 2 ton narkotik məhv edildi – VİDEO

Müsadirə edilmiş 2 ton narkotik məhv edildi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) müsadirə edilmiş 2 ton narkotiki məhv edib.

 

Bu barədə 7Times.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə DİN tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 1692 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 925 kiloqram müxtəlif narkotik vasitə “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.