Araşdırma

Nabranda villa tikmə,yolumuzu düzəlt,Saleh Məmmədov- Xaçmazdan şikayət

Nabranda villa tikmə,yolumuzu düzəlt,Saleh Məmmədov- Xaçmazdan şikayətbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunun Bostançı kənd sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir.Rayonun tarixi kəndlərindən biri olan Bostançı kəndinin Xudat şəhər mərkəzinə qədər olan yolunun uzunluğu 7 km-dir. Kənd təsərrüfatı məhsullarının becərilməsinə görə də Bostançı qabaqcıl kəndlərdən sayılır.Amma nədənsə bu gözəl kəndin problemləri ilə maraqlanan və sakinlərin qayğıları ilə məşğul olan tapılmayıb.Bir müddət bundan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin qəbulunda olub yol problemlərini dilə gətirən kənd sakinlərinə icra başçısı yalnız yolun cari təmir edə biləcəklərini vəd verib və edib.Bir neçə maşın daş tökülüb və yol qismən hamar hala gətirilib.Amma Bostançılılar artıq asfalt yolun çəkilməsini istəyir.Onlar deyir ki, AAYDA-nın dəftərxanası bizim məktublarla doludur.Amma agentlik yazılan məktubları yenidən Rayon İcra Hakimiyyətinə göndərir.
Saleh Məmmədovun Nabranda özünə tikdirdiyi 5 mərtəbəli villanın qiymətinə bu yolu asfalt çəkmək olardı
Yayda tozundan,qışda palçığından qaç qutar.Adamlar həqiqətən çox yorulub bu daşlı-kəsəkli rahatsız yoldan.AAYDA bütün gücünü Quba rayonuna sərf edir.Qubada zərurət olmayan məzarlıq yollarına qədər asfalt edilir.Bölgənin strateji və olduqca önəm kəsb edən yolları isə bərbad vəziyyətdədir. AAYDA üçün 7 km yolu asfalt çəkməyə xüsusi bir maliyyə vəsaitinin ayrılmasına ehtiyac yoxdur.Quba və Xaçmazdakı daş karxanaları və asfalt zavodları nəinki 7 hətta 70 km yol çəkməyə bəsdir.
Saleh Məmmədov sakinlərin bəhs etdiyi o 5 mərtəbəli villanı tikdirdiyi vəsaiti hardan əldə edə bilibsə, zəhmət çəkib Bostançı kəndinin yolu üçün də tapıb sərf etsin.
Ətraflı hazırladığımız videoreportajda: