Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann Avro-2024-ün açılış matçında Şotlandiya üzərində qazandıqları qələbəni (5:1) şərh edib.
Fanat.Az xəbər verir ki, Almaniya Futbol Assosiasiyasının mətbuat xidməti 36 yaşlı mütəxəssisin fikirlərini belə təqdim edib:
“İlk 20 dəqiqə təsirli oldu. Çox güclü oynadıq, çox pressinq etdik və bu, işə yaradı. Tez qol vurduq və sonra oyunun sonuna qədər diqqətli olduq.
Bu gün bütün çiçəklər yalnız bir şəxsə getməməli, oyunçular arasında paylanmalıdır.
Nəticə çox yaxşıdır, lakin bu, yalnız ilk addımdır”.
Almaniya millisi növbəti oyununu iyunun 23-də İsveçrəyə, Şotlandiya isə həmin gün Macarıstana qarşı keçirəcək.
Follow @7timesaz