Meyxanaçı Rüfət Nasosnu “7 tamam” proqramında qonaq olub.
7Times.az axşam.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Nanə Ağamalıyeva meyxanaçıya efir zamanı qeyri-etik sual verib. Nanə Rüfətdən niyə övladının olmadığını soruşub.
“İstəyərsiniz övladınız olsun? Niyə olmadı? Həkimlərə getdiniz, nə dedilər” deyə, aparıcı meyxanaçıya suallar ünvanlayıb.
Rüfət isə onun sözlərinə belə reaksiya verib:”Təbii ki, istəyərəm övladım olsun. Övlad yaxşıdır. Nə bilim, olmadı. Həkimə getməmişəm”.