Ölkə

Narkomanlar ən çox bu şəhərlərdədir – Yaş və cins bölgüsü

Narkomanlar ən çox bu şəhərlərdədir – Yaş və cins bölgüsübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

 

Bildirilib ki, həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır.

 

Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülüb, 4789 nəfər isə qeydiyyatdan çıxarılıb.