Ölkə

“Narkomanlar həbs olunmamalıdır” – Tahir Kərimli

“Narkomanlar həbs olunmamalıdır” – Tahir Kərimlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Narkotik istifadəçilərinin çoxu çöldə qalır, bəziləri cəza çəkir. Bunun özü ədalətsizlikdir”.

7Times.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Tahir Kərimli bildirib.

“Cəzaçəkmə müəssisələrinin yarısından çoxu narkotik istifadəçiləridir. Dövlət bura nə qədər xərc çəkir. Narkomanların adına məhkumluq yaranır ki, bu da onların gələcək işində, həyatında problemlər yaradır. Düşünürəm ki, ümumiyyətlə, bu cür şəxslər həbs olunmamalıdır. Onlar müalicəyə yönləndiriməli və yenidən cəmiyyətə qaytarılmalıdır” /qafqazinfo/.