Ölkə

Natiq Şirinov qızına toy edir

Natiq Şirinov qızına toy edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. 

7Times.az xəbər verir ki, sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq.

Bu barədə aparıcı Nanə Ağamalıyeva “7 Tamam” verilişində bildirib.

Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarından birində keçiriləcək.

Qeyd edək ki, Natiq Şirinovun musiqiçi oğlu Ümid Natiqoğlu Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir.