Böyük Britaniya hərbi obyektləri və xarici bazaları raket əleyhinə müdafiəyə uzunmüddətli investisiya çatışmazlığı səbəbindən zəifdir.
7Times.az xəbər verir ki, bu barədə yerli “The Sunday Times” qəzeti mənbələrə istinadən bildirib.
NATO-nun təftişi kritik infrastruktur və hərbi bazaların müdafiəsi üçün maliyyələşdirmənin artırılması zərurətini aşkar edib. “Capability Target 2025” yoxlamasının sonuclarına dair ilkin hesabat hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinin təcili ehtiyacını vurğulayıb.
Nəşrin məlumatına görə, Britaniyanın ballistik raket əleyhinə yerüstü hava hücumundan müdafiə vasitələri yoxdur. Qəzetin mənbəyi qeyd edib ki, Ukrayna və İsraildəki hadisələr belə sistemlərin artan aktuallığını göstərir və ballistik raketlər silahlı qrupların əlinə keçərsə, London təhlükə altında qala bilər.
Xüsusi narahatlıq Kiprdəki Akrotiri və Dekeliya Britaniya bazalarının təhlükəsizliyi ilə bağlıdır ki, onlar Yəmən husilərinin hücumlarına qarşı həssas ola bilər. Həmçinin Liviyadakı silahlı qrupların Britaniya ərazisinə təhlükə yarada biləcək raketlər əldə etməsi riski də mövcuddur.
Hazırda ölkə modernləşdirilməsi yalnız 2030-cu illərdə başlayacaq “Sea Viper” sistemi ilə təchiz edilmiş 45 tipli altı eskadra minadaşıyan gəmisinə güvənir. Lakin ekspertlər qeyd ediblər ki, hətta bu gəmilər də uzaqmənzilli raketlərdən səmərəli müdafiə təmin edə bilmir.
Krallıqda mövcud olan “Sky Sabre” yerüstü sistemləri və “Starstreak” daşınan kompleksləri ballistik raketlərlə mübarizə üçün nəzərdə tutulmayıb ki, bu da mövcud müdafiənin zəifliyini vurğulayır.
Follow @7timesaz