Aktual

NATO-da elə bir dövlət yoxdur ki, Türkiyə qədər…

NATO-da elə bir dövlət yoxdur ki, Türkiyə qədər…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciəti tarixi andır, alyans bundan istifadə etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq “Bild”ə müsahibəsində deyib.

O bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulması təkcə onları deyil, bütün alyansı gücləndirəcək:

“Türkiyə NATO-nun vacib ölkəsidir, Avropa, Rusiya, İraq və Suriya arasında strateji əhəmiyyət daşıyır. NATO ölkələri, İsveç, Finlandiya və AB PKK-nı terror təşkilatı kimi tanıyır. Amma NATO-da elə dövlət yoxdur ki, Türkiyə qədər terrordan əziyyət çəksin. Məhz buna görə NATO Türkiyənin narahatlığına çox ciddi yanaşır və vəziyyətin həlli üçün bütün imkanlardan istifadə edir”.