“Rusiyada müxalifət lideri Aleksey Navalnının zəhərlənməsində nüfuzlu və imkanlı oliqarxların da əli ola bilər”.
7times.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə bildirib. Onun sözlərinə görə, bu hadisədə iki versiya var:
“Burada iki tərəfdən şübhə var. Birincisi – Kreml. Hakimiyyət öz opponentlərini sıradan çixarmaq fikrindədir. İkincisi, Navalni daimi korrupsiyaya qaşı tətqiqatlar aparır. Rusiyanin nüfüzlu və imkanlı oliqarxları, milyarderlərini ifşa edir. Ola bilsin, bu zəhərlənmə oliqarxların qisasıdır. Onlardan kimsə bu işi təşkil edib”.
Hikmət Hacızadənin fikrincə, Aleksey Navalnı sağalsa, yenə mübarizəsini davam etdirəcək:
“Aleksey Navalnı möhkəm insandır”.
Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın müxalifət lideri Aleksey Navalnı komaya düşüb. Onun mətbuat katibi Kira Yarmış öz tvitter səhifəsində müxalifət liderinin başqa bir şəxs tərəfindən qəsdən zəhərləndiyini iddia edir. Onun sözlərinə görə, A.Navalnı səhər saatlarında ancaq bir stəkan çay içib.
Xatırladaq ki, vəziyyəti ağır olduğundan Aleksey Navalnı təyyarə ilə Almaniyanın Berlin şəhərinə aparılıb.
Follow @7timesaz