“Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir”.
7Times.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
F. Mustafa qeyd edib ki, unitar dövlətdə bir Ombudsman təsisatı olmalıdır: “Naxçıvanda ayrı Ombudsman institutu var, eyni zamanda, Qarabağda biri özünü qondarma Ombudsman elan edib. İndiki mərhələdə Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir. Çünki bu, unitar dövlət prinsipinə ziddir. Naxçıvanda hüququ pozulanlar Ombudsman Səbinə Əliyevaya müraciət edə bilmir”.
Follow @7timesaz