“Dünən Elm və Təhsil naziri Emin Əmrullayev mətbuat konfransı keçirib. Cənab nazir konfransda çox ciddi qanunvericilik aktlarına münasibətdə səhv, praktiki yanlış olan onlarla fikir ifadə edib. Amma brifinq bitən kimi, təhsilin “T”sindan xəbərsiz yaltaq əsabələri nazirin çıxışından tezislər hazırlayıb paylaşırlar. Guya bu çıxışlarda hansısa gələcək plan, elmi tezislər var. Emin Əmirullayev yaxşı insandır, amma onu savadsız yaltaq əsabələri məhv edəcək”.
“7Times.az” xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
O nazirin dünənki mətbuat konfransında etdiyi çıxışda yol verdiyi səhvləri ardıcıllıqla qeyd edib: “Birinci başlayım ibtidai sinifdə xarici dilin tədrisi ilə bağlı. Mən bir dənə məktəb direktoru, bir dənə müəllimdən bir sətr yazı görmədim dünəndən bəri ki, axı nazir, onun kursdan tutub gətirib əvvəl müşavir, ardınca isə ümumtəhsil şöbəsinin müdiri təyin etdiyi Elnur Əliyevin fikri səhvdir. Belə çıxır ki, ya hamısı savadsızdır, ya da hamısı yaltaq. Hörmətli Emin Əmirullayev özü bu ilin, 2022-ci ilin 28 iyulunda təstiq etdiyi tədris planında nəzərdə tutulub ki, ibtidai (1,2,3,4-cü) siniflərə həftədə BİR DƏFƏ xarici dil fənni tədris olunsun. 1 dəfə İngilis dili fənni tədris olunur. Düzdür, bəzi məktəblərdə pilot olaraq 1 saat rus dili də tədris olunur. Yəni hörmətli Emin müəllim, hazırda ibtidai siniflərdə həftədə bir dəfə xarici dil fənni tədris olunur. Haradadır o həftədə iki dəfə xarici dil fənninin tədrisi? Siz vəziyyətə baxın, nazir təstiq etdiyi tədris planını bilmir, hələ 1 gün belə sinifə girməyən, tədrisdən xəbəri olmayan kursdan tutub gətirib ümumtəhsil kimi geniş, ağır şöbəyə müdir təyin etdiyini Elnur Əliyev israrla deyir ki, iki dəfə tədris olunur. Hətta cənab nazir tapşırır ki, bəs araşdırma aparın ki, niyə bir dəfə tədris olunur. Niyə olacaq cənab nazir? Çünki tədris planında belədir”.
Təhsil eksperti iddia edib ki, bu ümumtəhsildən xəbərsiz Elnur Əliyevi hələ yeni strukturda agentliyin rəisi təyin etmək istəyirlər.
Follow @7timesaz