Maraqlı

Nazirin bu fotosu gündəm oldu, müxalifət isə etiraz etdi – FOTO

Nazirin bu fotosu gündəm oldu, müxalifət isə etiraz etdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin ədliyyə naziri Emili Enger Mehlin İtaliya tətili ölkənin gündəminə çevrilib.

Sfera.az bildirir ki, nazirin istirahəti zamanı çəkilmiş fotoları etirazlara səbəb olub.

Belə ki, Mehlin xilasedici jilet geyinmədən sörf taxtasında olduğunu qeyd edən müxalifət bunun Norveç qanunlarına zidd olduğunu bildirərək onu tənqid edib.

Sözügedən məsələ sosial mediada müzakirə obyektinə çevrilib.

Mövzu ilə bağlı açıqlama verən nazir isə ittihamları rədd edib və qanunu pozmadığını vurğulayıb. Müxalifətin kəskin tənqidinə baxmayaraq, bir çox Norveç siyasətçiləri naziri dəstəkləyib.

 

Qeyd edək ki, Norveçdə sörfinq zamanı xilasedici jilet taxmaq məcburidir. Lakin sahilə yaxın sörf edənlər bu tələbdən azaddırlar.