Ölkə

Nazirlərin Naxçıvana səfərlərinin arxasında nə dayanır? – Ekspert açıqladı

Nazirlərin Naxçıvana səfərlərinin arxasında nə dayanır? – Ekspert açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar nazirlərin Naxçıvana intensiv səfərləri ictimaiyyətdə müzakirəyə səbəb olub. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun səfərinin ardınca baş nazirin müavini Şahin Mustafayev də Muxtar Respublikaya gedib. Belə hesab olunur ki, bu, dövlətin Naxçıvanda apardığı yeni quruculuq-bərpa işləri ilə bağlı ola bilər.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov  7Times.az-a açıqlamasında bildirib ki, Naxçıvanın respublikanın digər yerləri ilə həm iqtisadi, həm inzibati cəhətdən inteqrasiyasının həyata keçirilməsi üçün oranın idarəçiliyində yeni yanaşmaları müşahidə edirik:

“Hesab edirəm ki, bu doğru yanaşmadır. Cənab nazir Mikayıl Cabbarovun da bura baş tutan səfəri Naxçıvan MR-nın iqtisadiyyatına öz töhfəsini vermiş olacaq. Azərbaycanın digər ərazilərində olan sahibkarların bura müəyyən həcmdə investisiya yatırması üçün münbit şərait yaradacaq. Burada olan müəssisələrin MR-da qurulmasına imkan yaradacaq və ya oranın özündə olan sahibkarların təcrübə mübadiləsinə, iş birliyinə və digər qəbildən olan iqtisadi inteqarasiyaya öz töhfəsini verəcək”.

7Times.az