Cəmiyyət

Nazirlik Dilqəm Əsgərovun həyat yoldaşının pensiya məsələsinə aydınlıq gətirdi

Nazirlik Dilqəm Əsgərovun həyat yoldaşının pensiya məsələsinə aydınlıq gətirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb.

7times.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O bildirib ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib: “Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F. Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir. Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkarlandıqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır”.